Marselo karyerası ərzində həm Çempionlar Liqası, həm Libertadores kubokunu qazanan futbolçular siyahısına düşüb.
Apasport.az xəbər verir ki, təcrübəli müdafiəçi bunu bacaran 14-cü futbolçu kimi tarixə düşüb.
Braziliyalı müdafiəçi “Fluminense” ilə Cənubi Amerikanın ən nüfuzlu klub turnirinin qalibi olub. O, bunadək “Real”la 5 dəfə Avropada eyni uğura imza atıb.
Marseloya qədər yalnız 13 futbolçu hər iki turnirdə kubok sevinci yaşayıb.
Ona qədər braziliyalılar Ronaldinyo, Dida, Kafu, Roke Junior, Neymar, Danilo, Rafinya, Ramires, David Luis, argentinalılar Karlos Teves, Xuan Pablo Sorin, Valter Samuel və Xulian Alvares belə uğura sahib çıxıb.
Qeyd edək ki, “Fluminense” tarixində ilk dəfə Libertadores kubokunu qazanıb.