Braziliya klubu "Fənərbaxça"nın yarımmüdafiəçisinə ELÇİ DÜŞDÜ
05.01.2024 - 13:59
Braziliya klubu "Fənərbaxça"nın yarımmüdafiəçisinə ELÇİ DÜŞDÜ

"Fənərbaxça"nın uğurlu futbolçusu Fred üçün transfer iddiası gündəm olub. 

Apasport.az "Guaiba Esporte" nəşrinə istinadla xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "Internasional"ın hədəfindədir.

Məlumata görə, Braziliya komandası Fred üçün "Fənərbaxça"nın qapısını döyməyə hazırlaşır. 

Qeyd edək ki, "sarı-göylülər" braziliyalını yeni mövsümdən əvvəl "Mançester Yunayted"dən transfer edib. 

Bu mövsüm İstanbul nəhənginin heyətində bütün yarışlarda 18 matça çıxan Fred 6 məhsuldar ötürmə edib.

 

 
writer photo
Əlirza Əlirzalı
0