Azərbaycan Premyer Liqası iki pillə irəlilədi
25.07.2022 - 17:02
Azərbaycan Premyer Liqası iki pillə irəlilədi

Dünyanın ən güclü futbol liqalarının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, ildə iki dəfə açıqlanan cədvəldə son siyahı ilə müqayisədə bəzi dəyişikliklər baş verib.

Azərbaycan Premyer Liqası hazırda dünyanın 55-ci çempionatıdır. Turnirin əmsalı 24,762-ə bərabərdir.

Premyer Liqamız ötən müddətdə 2 pillə irəliləyib. Azərbaycan çempionatı 4 liqanı - Qazaxıstan, Uruqvay, Çili və Slovakiyanı geridə qoyub. Əvəzində iki Afrika liqası - Əlcəzairlə Konqo DR Azərbaycan Premyer Liqasını da keçib.

Siyahıya əmsalı ən azı 16,300-ə bərabər 67 çempionat düşüb. İngiltərə (1373,938), İspaniya (909,514) və İtaliya (861,692) ilk üç sırada yer alıb.

Qeyd edək ki, 169,820 xala malik Türkiyə Super Liqası 1 addım geriləyərək 12-ci yerə enib.
 

writer photo
Əlirza Əlirzalı
0