Martinez Premyer Liqada avtoqol rekorduna sahibdir
14.05.2024 - 13:35
Martinez Premyer Liqada avtoqol rekorduna sahibdir

"Aston Villa"nın qapıçısı Emiliano Martinez yeni rekorda imza atıb.

Apasport.az xəbər verir ki, argentinalı bu gün "Liverpul"la matçın 2-ci dəqiqəsində öz qapısına qol vurub.

"Opta"nın məlumatına görə, dünya çempionunun indi Premyer Liqada 3 avtoqolu var. Bu, turnir tarixində qapıçılar arasında ən yüksək göstəricidir.

Emiliano Martinez 2020-ci ildən "Aston Villa"da oynayır və əvvəllər Londonun "Arsenal" klubuna məxsus idi. Ümumilikdə, qapıçı Premyer Liqada 159 matçda 195 qol buraxıb. 

writer photo
Əlirza Əlirzalı
0