PSV Superkuboku qazandı – ardıcıl üçüncü dəfə
05.08.2023 - 00:18
PSV Superkuboku qazandı – ardıcıl üçüncü dəfə

Niderland Superkubokunun qalibi müəyyənləşib.

Apasport.az saytı xəbər verir ki, qələbə uğrunda “Feyeneord” və PSV mübarizə aparıblar.

Ölkə çempionu “Feyenord” doğma arenası “De Kyüp”də keçirilən qarşılaşmada məğlubiyyət acısı yaşayıb. PSV yeni trasferi Noa Lanqın qolu ilə qələbə qazanıb. O, 79-cu dəqiqədə fərqlənib. Bu, Eyndhoven klubunun turnirdə ardıcıl üçüncü uğuru olub.

Qeyd edək ki, PSV tarixində 14-cü dəfə Superkuboku qazanıb. “Feyenord” isə 11-ci cəhddə yeddinci dəfə uduzub.
 

writer photo
Əlirza Əlirzalı
0