Neymar heyətdən kənarlaşdırılır
10.11.2023 - 10:52
Neymar heyətdən kənarlaşdırılır

Braziliya millisinin futbolçusu Neymar arzuolunmaz vəziyyətlə üzləşib.

Apasport.az xəbər verir ki, hücumçunun şərəfini qoruduğu “Əl-Hilal” onunla müqaviləni dondurmağa planlaşdırır.

Buna cənubi amerikalının zədələnməsi səbəb olub. Səudiyyə Ərəbistanı təmsilçisi onu sifariş vərəqindən çıxarmaq və yeni oyunçu əlavə etmək niyyətindədir. Klub rəhbərliyi sol cinah müdafiəçisini ehtiyac olması qənaətindədir.

Qeyd edək ki, zədədən sonra əməliyyat olunan Neymar 6 aya yaxın meydanlardan kənar qalacaq.
 

writer photo
Əlirza Əlirzalı
0