"Sabah"ın UEFA Gənclər Liqasındakı rəqibi bəlli olub
03.09.2024 - 14:15
"Sabah"ın UEFA Gənclər Liqasındakı rəqibi bəlli olub

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək "Sabah" klubunun rəqibi müəyyənləşib.

Apasport.az xəbər verir ki, mübarizəyə ikinci mərhələdən başlayacaq Bakı komandası İsveçrə təmsilçisi “Bazel” ilə qarşılaşacaq.

İlk oyun oktyabrın 23-də səfərdə, cavab görüşü isə noyabrın 6-da Bakıda baş tutacaq.

Qeyd edək ki, iki qarşılaşmanın nəticəsinə əsasən üstün olan tərəf üçüncü mərhələdə “Braqa” (Portuqaliya) – “Rapid” (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.

writer photo
Əlirza Əlirzalı
0