“Barselona”dan 4,5 milyonluq transfer
17.07.2023 - 16:06
“Barselona”dan 4,5 milyonluq transfer

“Barselona” heyətinə yeni futbolçu qatmağa yaxındır.

Apasport.az saytının məlumatına görə, “Jirona”nın futbolçusu Oriol Romeunun Katloniya klubuna keçidi yaxın müddətdə rəsmiləşəcək.

Tibbi müayinədən keçən 31 yaşlı yarımmüdafiəçi bu həftə məşqlərə qoşulacaq. Barselonalılar onun üçün 4,5 milyon avro və futbolçusu Pablo Torreni verib. 20 yaşlı yarımmüdafiəçi bir illik icarə əsasında “Jirona”da oynayacaq.

Qeyd edək ki, Romeu 2010-11-ci illərdə də “Barselona”da forma geyinib.

writer photo
Əlirza Əlirzalı
0