Rəşad Sadıqov: "Qarabağ"ın ilk təhlükəli epizodu qolla nəticələndi"
02.06.2024 - 22:37
Rəşad Sadıqov: "Qarabağ"ın ilk təhlükəli epizodu qolla nəticələndi"

"Zirə" Azərbaycan Kubokunun finalında "Qarabağ"a 1:2 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik etmək istəyirəm. İlk yarıda meydanda taktiki savaş getdi. Son zamanlar "Qarabağ" ilk yaxaladığı epizodu qola çevirir. Bu gün də belə oldu. İlk təhlükəli epizodları qolla nəticələndi. İkinci yarıda hücumameyilli oynadıq, rəqibə təzyiq edirdik. İkinci hissədə açıq futbol getdi. Azarkeşlər xüsusən ikinci hissədən zövq aldılar. Doğru yanaşsaq, bizə çox kömək olacaq. 40 gündən sonra bu səviyyəyə yaxın komanda ilə oynayacağıq. Orada da bu istək, eyni ustalıq, iradəyə ehtiyacımız olacaq. Futbolçularım da bu oyunu yaxşı analiz etməlidirlər. Titul olanda "Qarabağ" kimi rəqiblər maksimumu edir. Oyunçularım layiqli mübarizə apardılar. Oyunu əlavə dəqiqələrə apara bilərdik. Futbolçularımla fəxr edirəm.

- Taktiki sxem  start heyəti ilətəəccübləndirdizAvropalı həmkarlarınızdagördüyünüz bir şeydir?

- Çox məşqçilər bu tip oyuna üstünlük verib. İlk yarıda rəqibə qarşı etibarlı oynamaq istəyirdik. "Qarabağ" kimi komandalar qol vurduqdan sonra rahatlaşıb, daha özünəinamlı oynayırlar. Biz də ikinci yarıda hücum potensialını artırmağı düşünürdük. İki il əvvəl oynadığımız eyni oyun sistemidir. Sadəcə futbolçular fərqli idi. Planımız eyni idi. "Qarabağ"ı mərkəzdə qarşılayıb, aqressiv oynayaraq, rəqibə oynamağa imkan vermək istəmirdik. Rəqibin 43-cü dəqiqədə qol vurubsa, demək ki, planımız işlədi. Qapımıza zərbə vurmaqda çətinlik çəkirdilər. Bu gün əsas heyətdə olmayan futbolçularla da danışmışdıq ki, 60-cı dəqiqədən hücumameyilli oyunçuları meydana buraxacağıq.

- Avropa Liqası öncəsi hansı dəyişiklikləretməlisiz kiuğurlu olasız?

Hər bir komandanın mövsümün əvvəlində yenilənməyə, güclənməyə ehtiyacı var. Seleksiyalarımızı aparırıq. Çalışacağıq ki, heyətimizi gücləndirək. İndi seçim etmək üçün qıtlıqdır. Mütləq şəkildə güclənməliyik. Necə olacağını zaman göstərəcək.

writer photo
Əlirza Əlirzalı
0