Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün IV dövrəyə start verilib.
Apasport.az xəbər verir ki, X turun ilk matçı “Azərreyl” və “Murov” komandaları arasında baş tutub. Tay-brekə kimi davam edən matçın ilk hissəsində 25:18 hesabı ilə “Azərreyl” qalib gəlib. 2-ci setdə toparlanan “Murov” 25:23 hesabı ilə qalib gələrək ümumi hesabı bərabərləşdirib – 1:1. 3-cü set isə “Azərreyl”in xeyrinə sona çatıb – 25:18. Matçın 4-cü hissəsini “Murov” 25:22 hesabı ilə aktivinə yazdırsa da, həlledici setdə “Azərreyl” daha səhvsiz oynayaraq qalib gəlib (15:10) və görüşün hesabını rəsmiləşdirib – 3:2.
Voleybol Mərkəzində təşkil olunan X turun son qarşılaşması “Abşeron” və UNEC komandaları arasında olub. Bu görüşdə isə qalib 3 setdə müəyyənləşib. Turnir cədvəlində üçüncü olan Famil Ağayevin komandası bu matçda 25:21, 25:23, 25:10 hesabı ilə qalib gələrək aktivinə 3 xal yazdırıb və 2-ci pilləyə yüksəlib.
X turdan sonra “Azərreyl” 25 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Abşeron”un 18, “Murov”un 17 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.
X tur
“Azərreyl” – “Murov” 3:2 (25:18, 23:25, 25:18, 22:25, 15:10)
“Abşeron” – UNEC 3:0 (25:21, 25:23, 25:10)
- Boluspor"un rəsmisi: "Eddini istədik, büdcəmiz imkan vermədi" - Müsahibə
- Azarkeşləri medianı təhqir etdiyi üçün “Qarabağ” cəzalandı
- Azərbaycan Prezidenti: “Vətən sevgisi varsa, hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar”
- “Əlimizdən gələni edəcəyik” - Krunoslav Renduliç
- "Beşiktaş" onu siyahıdan çıxarır