“Gəncə”nin 2 üzvü milliyə çağırılıb
13.11.2024 - 15:34
“Gəncə”nin 2 üzvü milliyə çağırılıb

“Gəncə” basketbol komandasının iki üzvü Azərbaycan millisinə dəvət alıb.

Apasport.az xəbər verir ki, kapitan Elşad Şirzadov və Cəbrayıl Əkbərov yığmaya çağırılıb.

Basketbolçular noyabrın 21-də 2027-ci il dünya çempionatının seçmə mərhələsində üçüncü oyununa çıxacaqlar. Millimiz İrlandiyada meydan sahibləri ilə qarşılaşacaq.

writer photo
Əlirza Əlirzalı
0