Azərbaycan Qran-prisində ikinci gün başlayır
14.09.2024 - 09:13
Azərbaycan Qran-prisində ikinci gün başlayır

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək.

Apasport.az xəbər verir ki, ilk olaraq pilotlar üçüncü sərbəst yürüşdə iştirak edəcəklər.

Ardınca "Formula 2"də sprint yarışı keçiriləcək.

Günün sonunda isə birinci dərəcəli sürücülər sıralama turuna qatılacaqlar.

Azərbaycan Qran-prisi: İkinci günün proqramı
14 sentyabr
12:30. "Formula 1": Üçüncü sərbəst yürüş
14:15. "Formula 2": Sprint yarışı
16:00. "Formula 1": Sıralama turu

writer photo
Əlirza Əlirzalı
0