Avqustun 28-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə taekvondoçular arasında dünya birinciliyi start götürəcək.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti açıqlayıb.
4 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq. Baş məşqçi Rəşad Məmmədov və böyük məşqçi Vurğun Cəfərov mundialda 11 idmançıya şans verəcək.
Dünya çempionu adı uğrunda İlknur Əlimov (148 sm), İlyas Hətəmli (156 sm), Novruz Əliyev (160 sm), Əliheydər Quliyev (164 sm), Səfər Əlizadə (172 sm), Tamerlan Yaqubov (180 sm), Leyla Kərimova (152 sm), Humay Dadaşova (156 sm), Şəms Əlizadə (160 sm), Nilufər Borji (168 sm) və Fatimə Həsənova (172 sm) dayanq üzərinə çıxacaqlar.
Bu gün səfərə yollanan komandaya Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədov rəhbərlik edəcək.
Qeyd edək ki, yığma sentyabrın 1-də Bakıya dönəcək.