Azərbaycan təmsilçisi AIPS-in ali orqanına üzv seçildi
04.10.2022 - 20:02
Azərbaycan təmsilçisi AIPS-in ali orqanına üzv seçildi

Oktyabrın 3-ü İtaliyanın paytaxtı Romada Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) 84-cü konqresi öz işinə başlayıb.

Apasport.az saytının məlumatına görə, konqresdə AIPS-in ölkəmizdəki təmsilçisi olan Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) nümayəndə heyəti də iştirak edir.

Konqresin ilk günü AIPS prezidenti Gianni Merlo və UEFA prezidenti Aleksander Çeferin iştirakçılarla görüşüb. 

Bu gün isə qurumun aparıcı qitə təşkilatı Avropa İdman Mətbuatı İttifaqının (AIPS Europe/UEPS) İcraiyyə Komitəsinə seçkilər keçirilib. 

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının birinci vitse-prezidenti Nərgiz Mahmudzadə böyük səs çoxluğu ilə Avropa İdman Mətbuatı İttifaqının (AIPS Europe/UEPS) İcraiyyə Komitəsinə üzv seçilib. 

Seçkidə iştirak edən 39 ölkədən 31-i Nərgiz Mahmudzadəyə səs verib.

Konqres oktyabrın 6-na kimi davam edəcək.
 

writer photo
Əlirza Əlirzalı
0