Millətlər Liqasının 2022/23 mövsümündə postsovet məkanını təmsil edən 10 ölkə mübarizə aparır.
Apasport.az saytının məlumatına görə, onlardan heç biri A liqasında yer almayıb.
C liqasında daha çox – 5 komanda keçmiş SSRİ-ni təmsil edirsə, D liqasında 3, B liqasında 2 belə yığma var. Hərçənd, Rusiya da burada iştirak etsəydi bu rəqəm də 3 olacaqdı. Lakin komanda yarışlardan kənarlaşdırıldığından B liqasında 2 postsovet təmsilçisi qalıb.
Bu 10 yığmadan yalnız ikisi autsayderdir. Daim uğursuz çıxış edən Azərbaycan millisi və Litva öz qruplarında sonuncu yerdədir. Hər iki komanda C liqasında oynayır. Bu yığmalar D liqasına yuvarlanmamaq uğrunda pley-offda oynamağa əsas namizədlərdəndir.
Millimiz Litvaya baxıb şükür də edə bilər. Baltikyanı ölkə təmsilçisinin hesabında xal da yoxdur. Yığmamız kimi qola həsrət qalan litvalıların son pillədən qurtulması heç inandırıcı da görünmür.
Komandamızın qrupdakı rəqibi Belarus da təhlükəli zonada – 3-cü yerdə qərarlaşıb. Digər postsovet məkanı təmsilçiləri isə daha yüksək liqaya yüksəlmək üçün mübarizə aparır. İlk iki sırada yer almaq da bunun təsdiqidir.
qrup |
komanda |
O |
Q |
H |
M |
T/F |
X |
yer |
B1 |
Ermənistan |
1 |
1 |
0 |
0 |
1-0 |
3 |
I |
B1 |
Ukrayna |
0 |
0 |
0 |
0 |
0-0 |
0 |
II |
B2 |
Rusiya |
- |
- |
- |
- |
- |
- |
- |
C1 |
Litva |
2 |
0 |
0 |
2 |
0-8 |
0 |
IV |
C3 |
Qazaxıstan |
2 |
2 |
0 |
0 |
3-0 |
6 |
I |
C3 |
Belarus |
2 |
0 |
1 |
1 |
0-1 |
1 |
III |
C3 |
Azərbaycan |
2 |
0 |
1 |
1 |
0-2 |
1 |
IV |
C4 |
Gürcüstan |
2 |
2 |
0 |
0 |
9-2 |
6 |
I |
D1 |
Latviya |
2 |
2 |
0 |
0 |
4-0 |
6 |
I |
D1 |
Moldova |
2 |
1 |
1 |
0 |
2-0 |
4 |
II |
D2 |
Estoniya |
1 |
1 |
0 |
0 |
2-0 |
3 |
II |
Qeyd: ardıcıllıq liqaya, qrupa və yerə görədir.