Azərbaycan yığması UEFA-nın turnirində
15.08.2023 - 10:33
Azərbaycan yığması UEFA-nın turnirində

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası turnirdə iştirak edəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız UEFA İnkişaf turnirinə qatılacaq.

Avqustun 20-dən 28-dək keçiriləcək yarış Estoniyanın paytaxtı Tallində təşkil ediləcək. Millimiz turnirdə üç oyun keçirəcək. 

U-15 avqustun 22-də Bosniya və Herseqovina, 24-də Estoniya və 27-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Turnirə hazırlıq məqsədilə millimiz avqustun 16-dan 20-dək Bakı təlim-məşq toplanışı keçirəcək. 
 

writer photo
Əlirza Əlirzalı
0