Potter onu “Çelsi”yə gətirir
14.09.2022 - 00:38
Potter onu “Çelsi”yə gətirir

“Çelsi”nin qış transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçulardan biri bəlli olub.

Apasport.az saytının məlumatına görə, London klubu “Brayton”un yarımmüdafiəçisi Moyses Kaysedo İsaak Korosonu heyətinə qatmaq istəyir.

Bu klubdan “Çelsi”yə keçən baş məşqçi Qrem Potter yenidən bu oyunçunu sərəncamında görməyin tərəfdarıdır. Klub rəhbərliyi 20 yaşlı futbolçu ilə bağlı məlumat toplamağa başlayıb.

Kaysedo Ekvadorun “İndependente” klubunun yetirməsidir. O, 22021-ci ilin fevralında “Brayton”a keçib. Ötən mövsümün yarısını Belçika “Beyerskot”unda icarədə olan yarımmüdafiəçi cari çempionatın 6 matçında 1 qol vurub.

Qeyd edək ki, Kaysedonun “Brayton”la müqaviləsi 2025-ci ildə başa çatacaq.
 

writer photo
Əlirza Əlirzalı
0