Messi zədələnib
14.03.2024 - 16:42
Messi zədələnib

ABŞ-ın “İnter Mayami” klubunun futbolçusu Lionel Messi zədələnib.

Apasport.az xəbər verir ki, bu barədə MLS komandasının baş məşqçisi Xerardo Martino açıqlama verib.

Onun sözlərinə görə, KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsində “Neşvill”ə qarşı keçirilən cavab görüşündə Messi zədələnib.

36 yaşlı ulduz martın 16-da MLS-də “Di Si Yunayted”lə qarşılaşmanı buraxacaq.

Qeyd edək ki, cavab görüşündə “Neşvill”i 3:1 (ilk oyun - 2:2) hesabı ilə məğlub edən “İnter Mayami” KONKAKAF Çempionlar Kubokunda 1/4 finala yüksəlib. Həmin matçda Messi 1 qol, 1 ötürmə ilə yadda qalıb. 

writer photo
Əlirza Əlirzalı
0