“Napoli”nin baş məşqçi planı
10.10.2023 - 10:01
“Napoli”nin baş məşqçi planı

“Napoli” baş məşqçi postunda dəyişiklik etməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, İtaliya klubu bu vəzifəyə Antonio Konteni gətirmək istəyir.

Neapollular indiki çalışdırıcısı Rudi Qarsiya ilə vidalaşmaq niyyətindədir. Klubun prezidenti Aurelio de Laurentis Konte üçün böyük vəsait xərcləməyə də razıdır. “Marsel”in sabiq çalışdırıcısı İqor Tudor da neapolluların namizədləri siyahısında yer alıb.

Qeyd edək ki, Konte “Sevilya”nın baş məşqçisi postuna da namizəddir.
 

writer photo
Əlirza Əlirzalı
0