Daha bir azərbaycanlı yeniyetmə idmançıda dopinq tapıldı
02.03.2023 - 20:48
Daha bir azərbaycanlı yeniyetmə idmançıda dopinq tapıldı

Azərbaycanın daha bir yeniyetmə idmançısında dopinq tapılıb.

Apasport.az-ın xəbərinə görə, adıçəkilməyən şəxs boksçudur.

Onun diuretiklər və gizlədici agentlər/furosemid istifadəsi sübuta yetirilib. Bu səbəbdən də boksçu 2 illik cəzalandırılıb. Onun cəzası 2024-cü ilin dekabrın 1-də başa çatacaq.

Qeyd edək ki, daha əvvəl bir yeniyetmə ağırlıqqaldıran dopinqdə yaxalanmışdı. O, 4 illik cəzalandırılmışdı.

writer photo
Əlirza Əlirzalı
0