Basketbol üzrə Avroliqanın qalibi müəyyənləşib
27.05.2024 - 00:55
Basketbol üzrə Avroliqanın qalibi müəyyənləşib

Basketbol üzrə Avroliqada 2023/2024 mövsümünün qalibləri bəlli olub.

Apasport.az xəbər verir ki, “Panatinaikos” baş mükafata sahib çıxıb.

Türkiyəli mütəxəssis Ergin Atamanın başçılıq etdiyi komanda son çempon “Real”ı məğlub edib. Oyuna madridlilər yaxşı başlasalar da, fasilədən sonra “Pao” vəziyyəti öz xeyrinə dəyişə bilib.

"Panatinaikos" sonuncu dəfə 2011-ci ildə kubokun qalibi olub. Bu, komandanın 7-ci çempionluğu kimi tarixə düşüb. Ergin Ataman isə son 4 ildə 3 dəfə Avroliqa çempionu titulunu qazanıb. O, 2021-ci və 2022-ci illərdə “Anadolu Efes”lə bu sevinci yaşayıb.

3-cü yer uğrunda görüşdə digər yunan klubu “Olimpiakos” “Fənərbaxça”dan güclü olub.

Avroliqa, “Dördlər finalı”
3-cü yer uğrunda matç

“Olimpiakos” – “Fənərbaxça” – 87:84 (24:16, 24:21, 18:25, 21:22)
Final
“Real” – “Panatinaikos” – 80:95 (36:25, 18:24, 7:15, 19:31)

writer photo
Əlirza Əlirzalı
0