Belçika millisinin sabiq yarımmüdafiəçisi karyerasını başa vurdu
03.02.2024 - 17:39
Belçika millisinin sabiq yarımmüdafiəçisi karyerasını başa vurdu

Belçikalı yarımmüdafiəçi Maruan Fellayni peşəkar futboldan getdiyini açıqlayıb.

Apasport.az xəbər verir ki, futbolçu bu barədə sosial media hesabında paylaşım edib. 

Onun son klubu Çinin "Şandunq" klubu olub. 

Qeyd edək ki, “Standard”ın heyətində yarımmüdafiəçi 2007/08 mövsümündə Belçika çempionu olub, 2008-ci ildə isə ölkə Superkubokunu qazanıb. “Mançester Yunayted”lə birlikdə 2016-cı ildə İngiltərə Kubokunu və Super Kubokunu, 2017-ci ildə isə İngiltərə Liqa Kubokunu və Avropa Liqasını qazanıb.

writer photo
Əlirza Əlirzalı
0