Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Klermon-Ferran mərhələsindən sonra yarışın ümumi cədvəli açıqlanıb.
Apasport.az xəbər verir ki, arxada qalan 5 raundda 28 komanda iştirak edib.
Azərbaycan millisi 95 xalla 12-ci yerdə qərarlaşıb. Komanda iki mərhələdə iştirak edib. Yığmanın hesabına Qəbələdə 6-cı yer 45, Klermon-Ferrandakı 5-ci yer 50 xal gətirib.
"Baku Flames" isə 35 xalla 27-ci pillədə yer alıb. Yalnız Qəbələ mərhələsinə qatılan təmsilçimiz 8-ci yerin sahibi kimi 35 xal əldə edib.
Qeyd edək ki, siyahıya 250 xala malik Fransa başçılıq edir. "Üçrənglilər" qatıldığı 3 mərhələdən ikisində qalib olub.
- Pioli İngiltərə klubundan gələn təklifi rədd edib
- Faiq Həsənov: “Nə qədər ki, şahmat var, Vüqar da həmişə xatirələrdə qalacaq” - FOTO
- Azərbaycan çempionatında 1-ci dövrə başa çatdı
- Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşdi
- "Qarabağ"ın futbolçusu "Qalatasaray" yolunda