Filip Ozobiç: “Çalışacağıq ki, yaxşı oyun nümayiş etdirək”
09.08.2023 - 19:22
Filip Ozobiç: “Çalışacağıq ki, yaxşı oyun nümayiş etdirək”

“Neftçi”nin futbolçuları Konfrans Liqasının “Beşiktaş”la oyununu səbirsizliklə gözləyir.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Filip Ozobiç deyib.

Təcrübəli yarımmüdafiəçi Konfrans Liqasının III təsnifat mərhələsinin “Beşiktaş”la matçı barəsində fikirlərini mətbuat konfransında açıqlayıb: “Sabahkı matçı səbirsizliklə gözləyirik. Çalışacağıq ki, yaxşı oyun nümayiş etdirək”.

Qeyd edək ki, sabah keçiriləcək “Neftçi” – “Beşiktaş” oyunu saat 21:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0