“Neftçi”də itki
10.09.2022 - 19:25
“Neftçi”də itki

“Neftçi” ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Bakı klubunun hücumçusu Qodsvey Donyo zədələnib.

Legioner Misli Premyer Liqasının VI turunun “Qəbələ” ilə səfər matçında xəsarət alıb. Qarşılaşmanın ikinci yarısının əvvəlində zədə alan forvard əvəzlənib. 52-ci dəqiqədə onu Yeqor Boqomolski əvəzləyib.

Qeyd edək ki, hazırda davam edən görüşdə “Neftçi” 2:1 hesabı ilə öndədir.

writer photo
Əlirza Əlirzalı
0