Millimiz Türkiyə yığmasını qəbul edir
04.06.2024 - 09:21
Millimiz Türkiyə yığmasını qəbul edir

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, yığma komandamız B Liqasının I qrupunda Türkiyə kollektivi ilə cavab oyununa çıxacaq. 

“Liv Bona Dea Arena”da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

Siyasət Əsgərovun yetirmələri ilk oyunda minimal hesabla məğlub olub.

Milli üç turdan sonra 1 xalla qrupda sonuncudur. Qardaş ölkə təmsilçisi isə 6 xalla ikincidir.

writer photo
Əlirza Əlirzalı
0