Pirlo “Sampdoriya” ilə anlaşdı
27.06.2023 - 22:54
Pirlo “Sampdoriya” ilə anlaşdı

İtaliyalı mütəxəssis Andrea Pirlonun yeni iş yeri bəlli olub.

Apasport.az saytı xəbər verir ki, 44 yaşlı məşqçi “Sampdoriya” ilə müqavilə imzalayıb.

Pirlo Genuya klubu ilə 2025-ci ilin iyun ayınadək anlaşıb. İtaliyada əvvəllər “Yuventus”u çalışdıran mütəxəssis bu dəfə B seriyasında işləyəcək. Ötən mövsümün yekunlarına görə, 20-ci yeri tutan “Sampdoriya” A seriyasını tərk edib.

Qeyd edək ki, Pirlo 2002/23 mövsümündə Türkiyənin “Fatih Karagümrük” klubunda fəaliyyət göstərib.
 

writer photo
Əlirza Əlirzalı
0