“Bavariya”da 2026-cı ilədək müqavilə
15.07.2022 - 22:03
“Bavariya”nın hücumçusu Serj Qbanrinin taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, münhenlilərin Almaniya millisinin üzvü ilə apardığı uzun danışıqlar müsbət yekunlaşıb.
27 yaşlı ön xətt oyunçusu klubla müqaviləsini yeniləməyə razılıq verib. Qnabri yeni sazişə əsasən, 2026-cı ilin yayına qədər Bundesliqa çempionuna məxsus olacaq. “Çelsi”nin transfer gündəmində olan ulduz futbolçu gələn həftə müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, Serj Qnabri 2017-ci ildən “Bavariya”da çıxış edir.
0
0