"Trabzonspor"un yarımmüdafiəçisi Murat Cem Akpınar karyerasını Azərbaycanda davam etdirə bilər.
Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Neftçi" türk futbolçunu heyətinə qatmaq istəyir.
Bakı təmsilçisi 25 yaşlı dayaq yarımmüdafiəçisini icarəyə götürmək istəyir. "Neftçi" Azərbaycanın aşağı yaş qruplarından ibarət milli komandalarında çıxış etmiş futbolçunu yerli oyunçu limitinə uyğun olduğu üçün rənglərinə bağlamağa çalışır.
Azərbaycan klubu ilə yanaşı, "Antalyaspor", "Sakaryaspor", "Bandırmaspor" və "Kocaelispor" da Akpınarla maraqlanır.
Qeyd edək ki, Murat Cem Akpınar "Trabzonspor"un yetirməsidir. O, Super Liqa təmsilçisinin əsas komandasının heyətində 13 rəsmi matçda 1 qol vurub. Orta xətt oyunçusu son mövsümü icarə əsasında "Sakaryaspor"da keçirib.