İspaniyadan yubiley qol - 100-ə çatdılar
23.11.2022 - 20:40
İspaniyadan yubiley qol - 100-ə çatdılar

İspaniya millisi mundiallarda 100-cü qolunu vurub.

Apasport.az xəbər verir ki, yubiley qoluna DÇ-2022-də Kosta-Rika ilə oyunda Dani Olmo imza atıb.

24 yaşlı hücumçu E qrupunun ilk turu çərçivəsində keçirilən matçın 11-ci dəqiqəsində adını tabloya yazdırıb.

İspaniyalıların ilk qolunu DÇ-1934-də Jose İraraqorri Braziliya ilə matçda vurub. 

Qeyd edək ki, hazırda İspaniya yığması oyunda Kosta Rikaya 3:0 hesabı ilə qalib gəlir.

writer photo
Əlirza Əlirzalı
0