İngiltərə klubu sahibini dəyişdi
18.07.2023 - 15:24
İngiltərə klubu sahibini dəyişdi

“Lids”in sahibi dəyişib.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

ABŞ-ın “49ers Enterprises” şirkəti Lids təmsilçisinin nəzarət səhm paketinə sahib çıxıb. Amerikalılar bunun üçün 200 milyon avro ödəyib. 

Paraaq Marate klubun yeni rəhbəri olacaq. O, 2017-ci ildən klubun əsas sahibi olan Andrea Radritsanini əvəz edəcək.

Qeyd edək ki, “Lids” ötən mövsüm Premyer Liqada 19-cu yeri tutaraq Çempionşipə yuvarlanıb.

writer photo
Əlirza Əlirzalı
0