Azərbaycanlı mütəxəssis UEFA-dan təyinat alıb
29.07.2024 - 09:54
Azərbaycanlı mütəxəssis UEFA-dan təyinat alıb

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, Albaniyada yerli "Partizani" və Gürcüstanın "İberia" komandaları arasında keçiriləcək Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, avqustun 1-də Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0