Kyeza meydana dönür
02.11.2022 - 18:02
Kyeza meydana dönür

“Yuventus”un futbolçusu Federiko Kyeza uzun fasilədən sonra meydana qayıtmağa yaxındır.

Apasport.az saytının məlumatına görə, italiyalı hücumçu Çempionlar Liqasının qrup mərhələsinin son turunda iştirak edə bilər.

Kyeza PSJ ilə görüşə tam hazırdır. O, Turindəki qarşılaşmada forma geyinsə, mövsümdə ilk görüşünə çıxacaq. Ötən mövsümün ortalarında zədələnən futbolçu həmin vaxtdan heç bir rəsmi görüşə çıxmayıb.

Qeyd edək ki, Federiko A seriyasının ötən mövsümündə 14 oyunda 2 qol və 2 assistə imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0