"Barselona" "Messi"ni transfer edə bilər
30.03.2024 - 13:13
"Barselona" "Messi"ni transfer edə bilər

"Messinyo" ləqəbi ilə tanınan braziliyalı "Palmeyras"ın hücumameyilli yarımmüdafiəçisi Estevao Villian karyerasını İspaniya çempionatında davam etdirə bilər.

Apasport.az "Mundo Deportivo" nəşrinə istinadla xəbər verir ki, “Barselona” 16 yaşlı futbolçu ilə maraqlanır.

Kataloniyalılar futbolçu üçün mübarizə aparan PSJ və Mançester nəhənglərindən daha üstün mövqedədir.

Qeyd edək ki, "Barselona" gənc futbolçunun nümayəndələri ilə gələcəkdə müqaviləni yekunlaşdırmaq üçün danışıqlar aparır.

 

writer photo
Əlirza Əlirzalı
0