“Bavariya” müdafiəçi tapdı
05.01.2023 - 13:34
“Bavariya” müdafiəçi tapdı

Niderland millisinin futbolçusu Deyli Blind “Bavariya”da oynayacaq.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı müdafiəçi tibbi müayinədən keçmək üçün Almaniyaya yollanıb.

O, Münhen klubuna azad agent kimi qoşulacaq. Blind “Ayaks”la müqaviləsini pozduqdan sonra klubsuzdur. O, DÇ-2022-də zədələnən Lukas Ernandesi əvəz etməlidir.

Qeyd edək ki, Blind cari mövsümdə “Ayaks”da 19 oyunda 2 assistə imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0