Fransanın aşağı yaş qrupu üzrə yığma komandalarının sabiq futbolçusu Samed Kılıç karyerasını Azərbaycanda davam etdirməkdən imtina edib.
Apasport.az saytı xəbər verir ki, bunu 26 yaşlı yarımmüdafiəçi özü açıqlayıb.
Türkiyə əsilli orta sahə oyunçusu ölkəmizdən təklif aldığını gizlətməyib. Kılıçın eyni zamanda Türkiyədə oynamaq variantı da olub. Ancaq o, Belçikanın ikinci liqasında çıxış edən Lüksemburq klubu “Virton”u üstün tutduğunu bildirib. “Oser”in yetirməsi yeni komandası ilə artıq müqavilə imzaladığını söyləyib.
Qeyd edək ki, Samed Kılıç son olaraq ötən mövsümü Fransanın aşağı liqa təmsilçisi “Şambli”də keçirib.