Azərbaycanda transfer pəncərələrinin vaxtı açıqlandı
08.06.2022 - 17:49
Azərbaycanda transfer pəncərələrinin vaxtı açıqlandı

Azərbaycanda transfer pəncərələrinin müddəti müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqası açıqlayıb.

2022/23 mövsümündə komandalar oyunçuları iki dəfə qeydiyyata sala biləcək.

Yay transfer pəncərəsi 10.06.2022 – 01.09.2022, qış transfer pəncərəsi 10.01.2023 – 09.02.2023 tarixlərini əhatə edəcək.
 

writer photo
Əlirza Əlirzalı
0