"Braqa"nın futbolçusu La Liqa klubunda
04.03.2024 - 22:23
"Braqa"nın futbolçusu La Liqa klubunda

Futbol üzrə İspaniya La Liqa təmsilçilərindən "Atletik Bilbao" heyətini yeni futbolçu ilə gücləndirib. 

Apasport.az xəbər verir ki, bunu bask təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Bilbao klubu "Braqa"nın vingeri Alvaro Calonu alıb. 24 yaşlı ispaniyalı ilə 5 illik müqavilə imzalanıb. O, yeni klubuna yayda qoşulacaq.

"Atletik" Calo üçün "Braqa"ya 15 milyon avro ödəyəcək. Anlaşmada daha 5 milyon avro bonus nəzərdə tutulub.

Qeyd edək ki, Alvaro Avropa Liqasının pley-offunda "Qarabağ"la Bakıdakı qarşılaşmada qol vurub. O, mövsümün 38 matçında 14 qol və 3 məhsuldar ötürməyə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0