Murilyo İngiltərə klubunda
26.08.2023 - 17:26
Murilyo İngiltərə klubunda

“Nottinhem Forest” heyətinə yeni futbolçu qatacaq.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu “Korintians”ın futbolçu Murilyonu transfer etməyi planlaşdırır.

Müdafiəçinin keçidi ilə bağlı ilkin razılıq əldə olunub. O, 12+3 milyon avroya transfer ediləcək.

Qeyd edək ki, 21 yaşlı futbolçu cari mövsümdə 31 oyun keçirib.

writer photo
Əlirza Əlirzalı
0