Çempionluq ƏMSALLARI
12.12.2022 - 10:44
Çempionluq ƏMSALLARI

Qətərdə  keçirilən DÇ-2022-nin yarımfinal mərhələsi ərəfəsində komandaların çempionluq əmsalları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Fransanı mundialın əsas favoriti hesab edir.

Didye Deşamın yetirmələrinin ardıcıl ikinci dəfə titulu qazanmasının əmsalı 2,10-a bərabərdir. Argentinanın şansı 2,70 əmsalla dəyərləndirilir.

Digər iki komandanın şansları daha aşağıdır. Çempionluq ehtimalı Xorvatiyada 8,50, Mərakeşdə 10,0 əmsala bərabərdir.

Fransa – 2,10
Argentina – 2,70
Xorvatiya – 8,50
Mərakeş – 10,0

Qeyd edək ki, yarımfinalda Argentina Xorvatiyanı, Fransa Mərakeşi sınağa çəkəcək.
 

writer photo
Əlirza Əlirzalı
0