PSJ onu da itirdi
05.05.2023 - 11:36
PSJ onu da itirdi

PSJ-nin futbolçusu Nunu Mendeş zədələnib.

Apasport.az saytı xəbər verir ki, 20 yaşlı müdafiəçi Fransa Liqa 1-in XXXIII turunun "Loryen"lə oyununda sonradan meydana daxil olsa da, görüşü başa vura bilməyib.
 
Paris klubu portuqaliyalının tibbi müayinədən keçdiyini və mövsümün qalan görüşlərində komandaya kömək edə bilməyəcəyini açıqlayıb. Mendeş eyni səbəbdən sıradan çıxan Neymar, Presnel Kimpemba və Renat Sançeşə qoşulub.

Qeyd edək ki, 2022-ci ildən PSJ-nin şərəfini qoruyan futbolçu bu mövsüm 32 matçda meydana çıxaraq 2 qol vurub, 7 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0