İtaliya xarici işlər nazirliyindən Osimhenə dəstək
30.09.2023 - 00:14
İtaliya xarici işlər nazirliyindən Osimhenə dəstək

“Napoli” ilə komandanın hücumçusu Viktor Osimhen arasında qalmaqal böyüyür.

Apasport.az saytı xəbər verir ki, İtaliayanın idman naziri bununla bağlı açıqlama yayıb.

Nazir Con Ovan Enox futbolçu ilə bağlı vəziyyəti diqqətdə saxladıqlarını bildirib. O, Nigeriyanın Xarici İslər Nazirliyi və Nigeriyanın İtaliyadakı səfirliyi ilə təmasda olduqlarını  məsələ ilə bağlı bütün diplomatik kanallardan istifadə olunacağını qeyd edib. Enox idmanda diskrimansiyaya yer olmadığını və idmançıların hörmət göstərilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Osimhen klubun rəsmi TikTok səhifəsində onu alçaldıcı video paylaşdığı üçün “Napoli”ni məhkəməy verməyi planlayır. Onun “Bolonya” (0:0) ilə qaçırdığı penalti səhifədə gülüş mənbəyinə çevrilib. 
 

writer photo
Əlirza Əlirzalı
0