Kolumbiya millisinin üzvü "Vilyarreal"da
24.01.2024 - 09:34
Kolumbiya millisinin üzvü "Vilyarreal"da

"Vilyarreal" heyətinə yeni futbolçu cəlb edib.

Apasport.az xəbər verir ki, İspaniya klubu "Vulverhempton"un müdafiəçisi Yerson Moskeranı icarəyə götürdüyünü açıqlayıb.

22 yaşlı futbolçu mövsümün sonuna qədər La Liqada çıxış edəcək.  Kolumbiyalının icarə müqaviləsinə onun daimi əsasda transferi bəndi daxil olunmayıb.
 

writer photo
Əlirza Əlirzalı
0