Musa AİK səfərindən əliboş döndü
24.09.2023 - 18:51
Musa AİK səfərindən əliboş döndü

Musa Qurbanlının çıxış etdiyi “Yurqorden” növbəti məğlubiyyətini alıb.

Apasport.az saytı xəbər verir ki, komanda İsveç çempionatının 24-cü turunda AİK-ə uduzub.

Musanın komandası səfərdə 0:2 hesabı ilə məğlub olub. Yığmamızın üzvü 53 dəqiqə meydanda olub. Qurbanlı yerini Falleniusa verib. Arıdıcıl iki oyunda uduzan “Yurqorden” mükafatçılar sırasına düşmək şansını çətinə salıb.

Qeyd edək ki, komanda 40 xalla 4-cü pillədə qərarlaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0