“Bavariya”ya gedir
30.01.2023 - 23:45
“Bavariya”ya gedir

“Mançester Siti”nin futbolçusu Joau Kanselu karyerasını “Bavariya”da davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, Almaniya klubu portuqaliyalı müdafiəçini icarəyə götürməyə yaxındır.

Anlaşmada 28 yaşlı futbolçunun sonradan transfer olunması barədə bənd də yer alacaq. Onun qiyməti 70 milyon avro ilə dəyərləndirilir.

Qeyd edək ki, Kanselu cari mövsümün 26 matçında 2 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0