“Sivasspor” Kilan Lebona elçi düşdü
21.08.2023 - 17:31
"Neftçi"nin futbolçusu Kilan Lebon bir neçə klubdan təklif alıb.
Apasport.az saytına verilən məlumata görə, bu klublardan biri Türkiyə təmsilçisi “Sivasspor”dur.
Sivaslıların baş məşqçisi Sərvet Çetin fransalını “Neftçi”dən transfer edilməsini rəhbərlikdən xahiş edib. Lebonun “Beşiktaş”a qarşı keçirdiyi görüşdəki performans Türkiyə klubların ona olan marağını artırıb.
Super Liqa klubu ilə yanaşı, Qazaxıstandan da Lebonun xidmətində maraqlı olan komandalar var. Belə ki, “Tobol” Lebonu heyətinə qatmaq istəyir.
Qeyd edək ki, yarımmüdafiəçi “Neftçi”yə “Astana”dan keçib.
0
0