Ançelottidən ÇL rekordu
03.11.2022 - 09:21
Ançelottidən ÇL rekordu

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında ən çox qələbə qazanma rekorduna yiyələnib.

Apasport.az saytının məlumatına görə, “kral klubu”nun çalışdırıcısı qrup mərhələsinin son turunda “Seltik”lə görüşdə (5:1) buna nail olub.

İtaliyalı mütəxəssis qitənin ən nüfuzlu klub turnirində qalibiyyət sayını 103-ə çatdırıb. Bu göstərici ilə o, turnirdə 102 qələbə qazanmış “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyusonu qabaqlayıb.

Qeyd edək ki, “Real” F qrupunda 13 xalla birinci yeri tutub.

writer photo
Əlirza Əlirzalı
0