Azərbaycanın qrupuna PROQNOZ
06.06.2022 - 15:50
Azərbaycanın qrupuna PROQNOZ

Türkiyəli futbol eksperti Erke Tümer Millətlər Liqasının C liqasının III turundakı matçlarla bağlı proqnozunu verib.

Apasport.az saytının məlumatına görə, mütəxəssis II turun Belarus – Azərbaycan və Slovakiya – Qazaxıstan görüşləri ilə bağlı düşüncələrini bölüşüb: 

Belarus turnirdəki ilk oyununda Slovakiyaya 0:1 məğlub oldu. Müdafiədə tam etibarlı olmasa da, bəzi anlarda rəqib qapıçısına ciddi həyəcan yaşatdı. Azərbaycan isə Qazaxıstanla (0:2) qarşılaşmada hücum futbolu sərgiləməsinə baxmayaraq, bunu nəticəyə əks etdirə bilmədi. Xüsusən də, Renat Dadaşov və Aleksey İsayevin son zərbələri azarkeşləri məyus etdi. Bugünkü matçda ilk qolu vuran komandanın qələbə qazanacağını düşünürəm. Fikrimcə, ən yaxşı halda bir komanda fərqlənməyi bacaracaq.

Slovakiya Belarusu sakit templi mübarizə ilə məğlub etdi. Qazaxıstan isə müdafiədəki sıx oyunu sayəsində Azərbaycanı üstələdi. Slovakiyanın heyətində Kuçka, Duda, Veyss, Lobotka kimi tanınmış simalar var. Meydan sahiblərinin daha keyfiyyətli heyət üstünlüyündən yararlanaraq birinci hissədəcə önəm keçməsini gözləyirəm.

Belarus - Azərbaycan: Y/Q
Slovakiya – Qazaxıstan: Birinci hissə 1
 

writer photo
Əlirza Əlirzalı
0