“Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Bayer 04" ilə baş tutan oyunun nəticəsinə əsasən Azərbaycana UEFA reytinqində növbəti əmsalları qazandırıb.
Apasport.az xəbər verir ki, Ağdam klubunun heç-heçə etməsi ölkə reytinqinə daha 0,250 əmsal əlavə edib. Nəticədə Azərbaycanın cari mövsümdəki əmsalı 5,875-ə çatıb.
Son 5 mövsümdəki ümumi əmsallar 20,125-ə bərabərdir. Bununla da Azərbaycanın UEFA reytinqində cari mövsümü ən azı 27-ci pillədə başa vuracağı dəqiqləşib. 20,375 əmsala sahib Bolqarıstan 26-cı yerdə qərarlaşıb.
Qeyd edək ki, siyahıya 101,553 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,864) ikinci, İtaliya (85,855) üçüncü pillədə qərarlaşıb.