Azərbaycanlı funksioner Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsində fəaliyyət göstərəcək
25.06.2024 - 09:43
Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini Kamran Talıbov Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının yerli Təşkilat Komitəsində fəaliyyət göstərəcək.
Apasport.az xəbər verir ki, ACF rəsmisi bu barədə sosial şəbəkə hesabında bildirib.
K.Talıbov qarşıdakı iki ay ərzində voleybol, həndbol, ağırlıqqaldırma və stolüstü tennis yarışlarında əməliyyatların idarə olunmasına dəstək göstərəcəyini diqqətə çatdırıb.
Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
0
0